"Sumqayıt" "Qarabağ"a qarşı keçirdiyi 43 oyunda 100-dən çox qol buraxıb - STATİSTİKA

"Sumqayıt" "Qarabağ"a qarşı keçirdiyi 43 oyunda 100-dən çox qol buraxıb - STATİSTİKA Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun açılış oyununda üz-üzə gələcək "Qarabağ" və "Sumqayıt" indiyədək ölkə çempionatlarında 43 dəfə qarşılaşıblar.
Futbol
28 Sentyabr , 2023 13:19
Sumqayıt Qarabağa qarşı keçirdiyi 43 oyunda 100-dən çox qol buraxıb - STATİSTİKA

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun açılış oyununda üz-üzə gələcək "Qarabağ" və "Sumqayıt" indiyədək ölkə çempionatlarında 43 dəfə qarşılaşıblar.

"Report"un məlumatına görə, bunlardan 32-də Ağdam klubu, 6-da "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 5 qarşılaşma heç-heçə yekunlaşıb.

Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 103:21. Qonalqar bu rəqibə qarşı Premyer Liqadakı son 9 görüşün hamısında qapılarında qol görüblər. Ölkə çempionunun son üç ev oyununda 3 və ya da çox qol qeydə alınıb.

"Sumqayıt" "Qarabağ"ı səfərdə yalnız iki dəfə məğlub etməyə nail olub. Bunlardan ilki 2011-ci il noyabrın 5-nə, digəri isə ötən mövsüm mayın 22-nə təsadüf edib. Hər iki görüşdə "kimyaçılar" 2:1 hesablı qələbəyə seviniblər. Ağdamlılar ev matçlarının 19-da qalib gəliblər və yalnız birində sülhə razılaşıblar.

Qeyd edək ki, sentyabrın 29-da "Azersun Arena"da oynanılacaq "Qarabağ" - "Sumqayıt" matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi