“Sumqayıt” klubu “Kəpəz” komandasının kapitanı ilə müqavilə bağlayıb

Futbol
  • 04 may, 2017
  • 11:02
“Sumqayıt” klubu “Kəpəz” komandasının kapitanı ilə müqavilə bağlayıb

Bakı. 4 may. REPORT.AZ/ “Sumqayıt” futbol klubu Tural Axundovu sıralarına qatıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt təmsilçisi "Kəpəz"in kapitanı ilə 1 illik müqavilə imzalayıb.

T.Axundov "Kəpəz"dən başqa, "Muğan", "Rəvan" və "Simurq"un formasını geyinib.

Qeyd edək ki, “Sumqayıt” bir neçə gün öncə komandanın müdafiəçiləri – Vurğun Hüseynov, Bəxtiyar Həsənəlizadə və Rail Məlikovla müqavilənin müddətini artırıb.

44 filmi