"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin qərarından narazıdır

"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin qərarından narazıdır "Sumqayıt" klubu AFFA İntizam Komitəsinin futbolçu Murad Xaçayevə tətbiq etdiyi 5 oyunluq cəza ilə bağlı apellyasiyaya müraciət edəcək.
Futbol
30 Oktyabr , 2021 09:40
Sumqayıt klubu AFFA İntizam Komitəsinin qərarından narazıdır

"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin futbolçu Murad Xaçayevə tətbiq etdiyi 5 oyunluq cəza ilə bağlı apellyasiya verəcək.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov bildirib.

O, qərarın həddindən artıq ağır olduğunu söyləyib: "Xaçayev Azərbaycan millisinin də futbolçusudur. Ümid edirik ki, apellyasiya şikayətindən sonra qərarda yumşalma olacaq".

Qeyd edək ki, Murad Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib. Oyunsonrası mətbuat konfransında isə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlədib. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi