“Sumqayıt” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb

Futbol
  • 04 dekabr, 2018
  • 08:37
“Sumqayıt” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XIII turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub. 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cari turda "Səbail"i 1:0 hesabı ilə üstələyən və yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən "gənclik şəhəri" təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb. 

Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib və 114 dəfə məğlub olub. Qələbələrdən isə 41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.