Suares Messi ilə "İnter Mayami"yə mümkün transferi barədə danışıb

Suares Messi ilə "İnter Mayami"yə mümkün transferi barədə danışıb Braziliyanın "Qremio" komandasının hücumçusu Luis Suares Amerikanın "İnter Mayami" klubuna keçmək ehtimalını dəyərləndirib.
Futbol
11 Dekabr , 2023 06:43
Suares Messi ilə İnter Mayamiyə mümkün transferi barədə danışıb

Braziliyanın "Qremio" komandasının hücumçusu Luis Suares Amerikanın "İnter Mayami" klubuna keçmək ehtimalını dəyərləndirib.

Bu barədə “Report” “Goal”a istinadən xəbər verir.

“Agentimlə hansı imkanlarımın olduğunu danışacağam. Braziliya çempionatı başa çatana qədər qərar vermək istəmirdim. Amma mənim “İnter Mayami”yə keçidim mümkündür. Dünyanın ən yaxşı oyunçusu orada oynayır və o, mənim gələcəyimi müzakirə etdiyim böyük dostumdur. Amma hələ dincəlməli və sonra qərar qəbul etməliyəm”, - Suares deyib.

Suares 2023-cü ilin qışında azad agent kimi Uruqvayın “Nasyonal” klubundan "Qremio"ya keçib. Forvard Braziliya A Seriyasında 33 matçda iştirak edib, 17 qol vurub, 11 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 4 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi