"Spartak" ermənilərlə matçı qapalı rejimdə keçirəcək

Futbol
  • 06 fevral, 2020
  • 13:23
Spartak ermənilərlə matçı qapalı rejimdə keçirəcək

Rusiyanın "Spartak" futbol komandasının Soçidəki təlim-məşq toplanışında rəqiblərindən biri bəlli olub. 

"Report"un klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi yoxlama oyununda Ermənistan "Araratı" ilə üz-üzə gələcək.

Qarşılaşma fevralın 16-da olacaq. Məşqçilər heyətinin yekun qərarı ilə matç azarkeşlər və mətbuat üçün qapalı rejimdə olacaq. 

Qeyd edək ki, "Spartak"da azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. 

44 filmi