​SOCAR Türkiyədə heç bir idman klubuna sponsorluq etməyəcək

​SOCAR Türkiyədə heç bir idman klubuna sponsorluq etməyəcək Bu barədə "SOCAR Turkey Enerji A.Ş."nin prezidenti məlumat verib
Futbol
3 Avqust , 2015 10:22
​SOCAR Türkiyədə heç bir idman klubuna sponsorluq etməyəcək

Bakı. 3 avqust. REPORT.AZ/ "SOCAR Turkey Enerji A.Ş." Türkiyədə heç bir idman klubuna sponsorluq etməyəcək. "Report"un məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji A.Ş."nin prezidenti Kənan Yavuz bildirib. 

Klublara yeni mövsümdə qardaşlıq şəraitində mövsüm arzuladıqlarını qeyd edən K.Yavuz hər hansı idman klubuna sponsorluq etməyi düşünmədiklərini deyib.

Qeyd edək ki, bir müddət öncə SOCAR-ın "Qalatasaray"a sponsorluq edəcəyinə dair xəbərlər yayılıb. Hazırda şirkət Türkiyədə "SOCAR Petkim" adlı basketbol klubunun baş sponsorudur. Futbol üzrə Türkiyə Super Liqasında 2015-2016-cı il mövsümü avqustun 14-də start götürəcək. 

Son xəbərlər

Orphus sistemi