Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb

Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb
Futbol
9 Oktyabr , 2024 12:22
Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

"Report" AFFA-nın mətbuat xidmərinə istinadən xəbər verir ki, matçı Farer adalarından olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Heini Ziskason Vidoy olacaq. Ona Dan Petur Pauli Hoyqaard və Yan Hermansen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Byarki Danielsen yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “Şouqraunds” stadionunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi