AFFA-nın baş katibi: “Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var”

AFFA-nın baş katibi: “Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var” “Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var”.
Futbol
25 May , 2023 14:22
AFFA-nın baş katibi: “Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var”

“Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var”.

Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Milli assosiasiya rəsmisi danışılmış oyunlarda iştirak etmiş I Divizion təmsilçisi MOİK-in 6 futbolçusunun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib. Baş katib qərarın faktlara söykəndiyini söyləyib: “AFFA İntizam Komitəsinin futboldan uzaqlaşdırılan şəxslərlə bağlı qərarı faktlar əsasında verilib”.

Sərxan Hacıyev futbol fəaliyyətdən ömürlük məhrum edilən Samir Hüseynov adlı şəxsin isə klubda çalışmadığını bildirib: “O, klub rəsmisi deyil. Həmin şəxs sadəcə, bu məsələdə iştirak edən vətəndaşdır”.

Qeyd edək ki, MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub. Samir Hüseynovun isə AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.

Son xəbərlər

Orphus sistemi