Serbiyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb

Serbiyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb Kiprin "Apollon" (Limassol) klubunun qapıçısı Aleksandar Yovanoviçin "Qarabağ"a keçidi baş tutmayıb.
Futbol
31 yanvar 2023 13:59
Serbiyalı qapıçının Qarabağa keçidi baş tutmayıb

Kiprin "Apollon" (Limassol) klubunun qapıçısı Aleksandar Yovanoviçin "Qarabağ"a keçidi baş tutmayıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Limassol təmsilçisi serbiyalı qolkiperini "köhlən atlar"a satmaqdan imtina edib.

31 yaşlı çərçivə qoruyucusunun "Apollon"la 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, daha əvvəl Almaniya "Bayer"i rusiyalı qapıçısı Andrey Lunyovu, Kipr "Aris"i isə braziliyalı qolkiperi Vana Alvesi "Qarabağ"a satmağa razılaşmayıb.

Son xəbərlər

Orphus sistemi