Serbiyalı futbolçu: "Sumqayıt" haqqında məlumatımız azdır"

Serbiyalı futbolçu: "Sumqayıt" haqqında məlumatımız azdır" "Açığı, hələlik rəqib haqqında məlumatımız azdır. Amma, şablon səslənsə də, bu gün hamı futbol oynamağı bacarır".
Futbol
6 İyul , 2021 16:58
Serbiyalı futbolçu: Sumqayıt haqqında məlumatımız azdır
Stefan Şapiç

"Açığı, hələlik rəqib haqqında məlumatımız azdır. Amma, şablon səslənsə də, bu gün hamı futbol oynamağı bacarır".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Serbiyanın "Çukariçki" klubunun futbolçusu Stefan Şapiç "alo.rs" saytına açıqlamasında deyib.

24 yaşlı serbiyalı müdafiəçi bildirib ki, "gənclik şəhəri" təmsilçisi ilə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtları var: "Məşqçilər heyəti lazım olan hər şeyi edəcək. bizim işimiz isə onların tapşırıqlarını yerinə yetirmək və ilk dəqiqələrdən meydanda düzgün oynamaqdır".

Qeyd edək ki, "Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.

Son xəbərlər

Orphus sistemi