Sənan Qurbanov: “Neftçi”nin bir parçası olmaq böyük şərəfdir”

Futbol
  • 15 avqust, 2023
  • 11:47
Sənan Qurbanov: “Neftçi”nin bir parçası olmaq böyük şərəfdir”

“Neftçi”də işləmək, bu klubun bir parçası olmaq böyük şərəfdir”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin yeni məşqçisi Sənan Qurbanov təyinatı ilə bağlı deyib.

43 yaşlı mütəxəssis böyük klubda fəaliyyətə başladığını bildirib: “Neftçi”nin necə böyük klub olduğunu anlayıram. Komandaya köməyimin dəyməsi üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

O, “Neftçi” ilə uzun müddət danışıq apardığını gizlətməyib: “Rəhbərliklə bir ay əvvəl danışığımız olmuşdu. Məşqçilər korpusuna yerli mütəxəssis gətirmək istəyirdilər. Baş məşqçi Adrian Mutu da bu haqda məlumatlı idi. Rəhbərliklə razılığa gələndən sonra Mutu ilə də görüşdüm. Söhbətimiz səmərəli oldu, bir-birimizi başa düşdük. Mənim komandaya hansı faydalarımın dəyəcəyi, məşqçilər korpusundakı rolum, bir sözlə, hər şey müzakirə olundu”.

Qeyd edək ki, Sənan Qurbanov “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.