"Səbail" Avropa Liqasının 10 debütantı sırasında yer alıb

"Səbail" Avropa Liqasının 10 debütantı sırasında yer alıb 2018/2019 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Futbol
12 Sentyabr , 2019 15:09
Səbail Avropa Liqasının 10 debütantı sırasında yer alıb

2018/2019 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb.

"Report" UEFA-nın rəsmi hesabatına istinadən xəbər verir ki, bunların arasında Azərbaycan təmsilçisi "Səbail" də yer alıb.

"10-luğ"a "Yeni Malatyaspor" (Türkiyə), “Vitebsk” (Belarus), “Jalgiris” (Kaunas, Litva), “RFS Riqa” (Latviya), "Sperantsa" (Moldova), "Akademiya Pandev" (Şimali Makedoniya), "Legiya" (Polşa), "Arsenal" (Tula, Rusiya) və "Mura" (Sloveniya) da düşüb. 

Çempionlar Liqasında isə bu mövsüm debüt edənlərin sayı 7-yə bərabərdir. Bunlar “Saburtalo” (Gürcüstan), "Atalanta" (İtaliya), "Feronikeli" (Kosovo), "Riqa" (Latviya), "Pyast" (Polşa), "Krasnodar" (Rusiya) və "Ararat (Ermənistan) komandalarıdır.

Qeyd edək ki, "Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sına hər iki oyunda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 
 

Son xəbərlər

Orphus sistemi