Saşa Stamenkoviç: "Azərbaycanın Serbiyanı udması çətin olmayacaq"

Saşa Stamenkoviç: "Azərbaycanın Serbiyanı udması çətin olmayacaq" "Serbiya millisi hazırda çox pis formadadır. Düşünürəm ki, Azərbaycan üçün onları, Lüksemburqu, İrlandiyanı və Qətəri udmaq çətin olmamalıdır".
Futbol
15 Dekabr , 2020 10:25
Saşa Stamenkoviç: Azərbaycanın Serbiyanı udması çətin olmayacaq
Saşa Stamenkoviç

"Serbiya millisi hazırda çox pis formadadır. Düşünürəm ki, Azərbaycan üçün onları, Lüksemburqu, İrlandiyanı və Qətəri udmaq çətin olmamalıdır".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah" klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının şansları baradə danışarkən deyib.

35 yaşlı qolkiper bildirib ki, Azərbaycan yığması A qrupunda Portuqaliya ilə 1-ci yer uğrunda mübarizə apara bilər.: "Serbiya AVRO-2020-nin pley-off mərhələsində Şotlandiyanı uda bilmədi. Qətər və Lüksemburq elə də güclü deyil. Baş məşqçi Canni De Byazi Albaniya yığmasının baş məşqçisi olduğu vaxt İrlandiyaya qalib gəlib. Yalnız Portuqaliya ilə oyunlarınız çətin olacaq".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi