"Sumqayıt"ın baş məşqçisi: Turnirə hazırlıqsız başlamışdıq

Futbol
  • 31 iyul, 2024
  • 19:10
Sumqayıtın baş məşqçisi:  Turnirə hazırlıqsız başlamışdıq

Turnirə hazırlıqsız başlamışdıq.

"Report"un Macarıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Fehervar"la səfərdə keçirilən cavab oyunundan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis artıq Azərbaycan çempionatına köklənəcəklərini bildirib:

"Futbolçularıma təşəkkür edirəm. Ağır matçda qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik. Turnirə hazırlıqsız başlamışdıq. Süliman İsanın zədələnməsi, Murad Xaçayevin cəzalı olması bizi pis vəziyyətdə qoydu. Düşünürəm ki, futbolçular bacardıqlarını etdilər. Artıq çempionata köklənəcəyik".

Qeyd edək ki, qarşılaşma qolsuz yekunlaşıb. İki oyunun nəticəsinə (2:1, 0:0) görə, "Sumqayıt" Konfrans Liqasında mübarizəni dayandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti