Samir Abasov Azərbaycan çempionatının tarixinə düşdü

Samir Abasov Azərbaycan çempionatının tarixinə düşdü Mütləq rekord Qurban Qurbanova məxsusdur
Futbol
289
20 May , 2021 15:35
Samir Abasov Azərbaycan çempionatının tarixinə düşdü

Samir Abasov baş məşqçi kimi Azərbaycan çempionu olan 11-ci mütəxəssisdir.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin baş məşqçisinə qədər 10 mütəxəssis komandası ilə qızıl medal qazanıb.

Mütləq rekord Qurban Qurbanova məxsusdur. O, 7 çempionluq sevinci yaşayıb.

Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin hərəyə 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Tsxadadze və Arif Əsədov bir dəfə belə uğura imza atıb.

Çempion baş məşqçilər:

1992

Əhməd Ələsgərov

1993

Ağasəlim Mircavadov

1993/94

Kazbek Tuayev

1994/95

Mehman Allahverdiyev

1995/96

Kazbek Tuayev

1996/97

Kazbek Tuayev

1997/98

Mehman Allahverdiyev

1998/99

Mehman Allahverdiyev

1999/2000

Ağasəlim Mircavadov

2000/01

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2002/03

keçirilməyib

2003/04

Kazbek Tuayev

2004/05

Ağasəlim Mircavadov

2005/06

Böyükağa Hacıyev

2006/07

Ağasəlim Mircavadov

2007/08

Valentin Xodukin

2008/09

Qyoko Haciyevski

2009/10

Kaxaber Tsxadadze

2010/11

Arif Əsədov

2011/12

Böyükağa Hacıyev

2012/13

Böyükağa Hacıyev

2013/14

Qurban Qurbanov

2014/15

Qurban Qurbanov

2015/16

Qurban Qurbanov

2016/17

Qurban Qurbanov

2017/18

Qurban Qurbanov

2018/19

Qurban Qurbanov

2019/20

Qurban Qurbanov

Son xəbərlər

Orphus sistemi