"Şamaxı"nın baş məşqçisi: "4-5 futbolçumuz böyük klublardan təklif alıb"

"Şamaxı"nın baş məşqçisi: "4-5 futbolçumuz böyük klublardan təklif alıb" "Burada yaxşı işlər görmüşük. Yerli oyunçuların inkişafı göz qabağındadır. 4-5 futbolçumuz böyük klublardan təklif alıb".
Futbol
17 Mart , 2023 19:27
Şamaxının baş məşqçisi: 4-5 futbolçumuz böyük klublardan təklif alıb

"Burada yaxşı işlər görmüşük. Yerli oyunçuların inkişafı göz qabağındadır. 4-5 futbolçumuz böyük klublardan təklif alıb".

"Report"un məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, çempionatın sonları yaxınlaşdıqca həyəcan artır: "Qazanılan hər xal elitada qalmağımıza kömək edəcək. Bizi nə qədər çətin oyun gözlədiyini bilirdik. Təəssüf ki, futbolçular ilk hissədə verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. İkinci hissədə isə yaxşı oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. İnanıram ki, buna nail olacağıq".

O, hər oyuna köklənmələrinin vacib olduğunu söyləyib: "Futbolçular da bunu dərk edir. Tez qol buraxanda toparlanmaq çətin olur. Əsas məqsəd yaxşı komanda formalaşdırmaq və elitada qalmaqdır. Birincini bacarmışıq. İnanıram ki, Premyer Liqada da qalacağıq".

Son xəbərlər

Orphus sistemi