"Sabah"ın futbolçusu: "Bu heyətlə yaxşı nəticələr qazanmaq lazımdır"

"Sabah"ın futbolçusu: "Bu heyətlə yaxşı nəticələr qazanmaq lazımdır" "Daha yaxşı çalışıb, növbəti oyunlarda istədiyimiz nəticələri əldə edəcəyimizə inanıram"
Futbol
16 Oktyabr , 2020 12:03
Sabahın futbolçusu: Bu heyətlə yaxşı nəticələr qazanmaq lazımdır
0 : 00
0 : 00

"Hər matça 3 xal üçün çıxırıq. "Neftçi" ilə görüşdə də hədəf dəyişməyəcək. Mövsümün əvvəlində təlim-məşq toplanışında göstərdik ki, hər komandaya qarşı yaxşı nəticə əldə etmək olar".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah" klubunun futbolçusu Ozan Can Kökçü Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi komandanın 5 tur ərzində yaxşı nəticələr qazana bilmədiyini etiraf edib: "Düşünürəm ki, daha çox xal toplaya bilərdik. Milli komandaların oyunları ilə bağlı yaranan fasiləyə 6 xalla yollanmaq istəmirdik. Bu səbəbdən, nəticə istədiyimiz kimi deyil. Niyə belə olduğunu bilmirəm. Bildiyim yeganə şey odur ki, bu heyətlə daha yaxşı nəticələr əldə etmək lazımdır. Daha yaxşı çalışıb, növbəti oyunlarda istədiyimiz nəticələri əldə edəcəyimizə inanıram".

Türk əsilli oyunçu ardıcıl iki görüşdə məğlub olmalarını bu cür izah edib: "Səbail"ə 1:2 hesabı ilə uduzduq, ondan sonra da yaxşı hazırlaşmışdıq. "Keşlə"ni məğlub etmək üçün meydana çıxdıq, amma alınmadı. Rəqib bizdən daha istəkli idi. Buna görə 0:2 hesabı ilə uduzduq. Səhvlərimizi analiz edirik".

Qeyd edək ki, oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi