Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi açıqlanıb

Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi açıqlanıb Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun "Qarabağ"a keçidinin alınmamasının səbəbi bəlli olub.
Futbol
7 Fevral , 2023 18:46
Rusiyalı qapıçının Qarabağa keçə bilməməsinin səbəbi açıqlanıb

Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun "Qarabağ"a keçidinin alınmamasının səbəbi bəlli olub.

"Report"un məlumatına görə, 32 yaşlı qolkiperin agenti Anton Smirnov "sport24.ru" saytına açıqlamasında bunun zədə ilə bağlı olduğunu söyləyib.

O bildirib ki, Leverkuzen təmsilçisinin Lunyovu Azərbaycana buraxmaqdan imtina etməsi barədə yazılanlar həqiqətə uyğun deyil: "Qarabağ"la danışıqlarımız olmayıb. Bilirik ki, Azərbaycan klubu "Bayer"ə müraciət edib. "Qarabağ" rəhbərliyinə yaxın vasitəçilər Lunyovun xidmətində maraqlı olduqlarını kluba bildiriblər. Bizim isə "Qarabağ"ın rəhbərliyi və baş məşqçisi ilə heç bir əlaqəmiz olmayıb. Qapıçı zədəsini sağaltsa, klub onu istədiyi yerə buraxacaq. Ayağındakı problemlər aradan qalxmasa, rəhbərlik müqavilənin sonuna kimi Andreyi komandada saxlayacaq".

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.

Son xəbərlər

Orphus sistemi