Rusiyalı mütəxəssis “Sabah”ın baş məşqçisini zəif hesab edib: “Ölkədə iki məşqçi var”

Futbol
  • 20 yanvar, 2023
  • 09:43
Rusiyalı mütəxəssis “Sabah”ın baş məşqçisini zəif hesab edib: “Ölkədə iki məşqçi var”

“Sabah” klubunun baş məşqçisi Murad Musayev və digər rusiyalı mütəxəssislərin bu yaxınlarda “Pro” lisenziyasını almasına münasibət bildirən sabiq futbolçu Gennadi Orlov onları zəif hesab edib.

“Report” “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, hazırda televiziyada şərhçi kimi fəaliyyət göstərən 78 yaşlı sabiq hücumçu Rusiyada cəmi iki məşqçinin olduğunu düşünür.

Onun fikrincə, ölkələrində məşqçilik məktəbi zəifdir: “Bizim məşqçilərimiz zəifdirlər. Ölkədə cəmi 2 məşqçi var – Sergey Semak və Valeri Karpin. Digərləri mübahisəlidir. Bəzi məşqçilər Premyer Liqa klublarında çalışsalar da, heç bir uğur əldə edə bilmədilər”.

Qeyd edək ki, yanvarın 10-da Vasili - Aleksey Berezutski qardaşları, Spartak Qoqniyev, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Sergey Kornilenko, Oleq Yarovinski və Murad Musayev “Pro” kateqoriyalı məşqçilik lisenziyasını alıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti