Rusiyada çıxış edən iki futbolçu Azərbaycan millisində oynamağa razılıq verib

Rusiyada çıxış edən iki futbolçu Azərbaycan millisində oynamağa razılıq verib Onlar yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər
Futbol
10 Dekabr , 2018 13:08
Rusiyada çıxış edən iki futbolçu Azərbaycan millisində oynamağa razılıq verib

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın “Krasnodar” klubunun daha iki oyunçusu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisində çıxış etməyə razılıq verib.

Bu barədə “Report”a açıqlamasında yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib. V.Məmmədin sözlərinə görə, bunlar Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey Peterson və Ruslan Pidlisnyakdır. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər.

İndiyə qədər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarına çağrılan hər iki oyunçu millinin növbəti toplanışına dəvət alacaq.

Qeyd edək ki, bunadək “Krasnodar”ın gənclər komandasından hücumçu Ruslan Ərzumanov Azərbaycanın U-19 yığmasına çağırılıb. Bu futbolçu da növbəti toplanışda yer alacaq.

Son xəbərlər

Orphus sistemi