Rumıniya klubunun prezidenti "Neftçi"nin baş məşqçisi ilə danışıq aparmadıqlarını açıqlayıb

Rumıniya klubunun prezidenti "Neftçi"nin baş məşqçisi ilə danışıq aparmadıqlarını açıqlayıb Rumıniyanın "Universitatya Krayova" klubunun prezidenti Mixai Rotaru "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla danışıq aparmaları barədə yayılan iddialara münasibət bildirib.
Futbol
16 May , 2023 20:13
Rumıniya klubunun prezidenti Neftçinin baş məşqçisi ilə danışıq aparmadıqlarını açıqlayıb

Rumıniyanın "Universitatya Krayova" klubunun prezidenti Mixai Rotaru "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla danışıq aparmaları barədə yayılan iddialara münasibət bildirib.

"Report"un məlumatına görə, funksioner yerli mətbuatda çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

O, Krayova təmsilçisinin hazırkı çalışdırıcısı Eugen Neaqo ilə vidalaşmaq niyyətində olmadıqlarını vurğulayıb: "Regekampfla 2-3 aydır danışmıram. Nəinki onunla, heç bir məşqçi ilə bu barədə söhbətimiz olmayıb. Neaqo qalır. Bir an belə onu göndərməyi düşünməmişəm. Əksinə, komandanı daha da gücləndirmək istəyirik".

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, "ağ-qaralar"a keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nın sükanı arxasında olub.

Son xəbərlər

Orphus sistemi