İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının matçlarında qələbələrin sayına görə birinci yerə çıxıb.
"Report" xəbər verir ki, portuqaliyalı hücumçunun turnir üzrə hesabında 102 qələbə var.
Ronaldu bu göstərici ilə İker Kasilyası (101 qələbə) keçib. Siyahıda üçüncü yerdə Xavi Lopez (91 qalibiyyət), dördüncü yerdə isə 80 qələbə ilə Lionel Messi qərarlaşıb. Siyahıda sonrakı yerləri müvafiq olaraq Raul və Andres İnyesta bölüşürlər.
Oktyabrın 1-də Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Turin klubu öz meydanında Almaniyanın "Bayer" komandasına 3:0 hesabı ilə qalib gəlib. "Yuventus"un qollarından birini 89-cu dəqiqədə Kriştianu Ronaldu vurub.
Daha əvvəl bildirilirdi ki, "Yuventus" "Bayer"ə böyük hesabla qalib gəlib.