Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub
Futbol
- 30 iyul, 2019
- 09:41
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub.
“Report” “Folha de Sao Paulo” portalına istinadən xəbər verir ki, bununla bağlı Braziliya məhkəməsi qərar çıxarıb. Sanksiyaya səbəb Portu-Aleqri şəhərində daşınmaz əmlakın inşası zamanı ekologiyaya zərərə görə tətbiq edilən 2,3 milyon avro cərimənin ödənilməməsidir.
Məhkəmə 39 yaşlı veteran futbolçunun ölkədən çıxışına qadağa qoymaqla yanaşı, 57 daşınmaz obyektinin fəaliyyətini də dondurub.
Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. O, ötən ilin yanvarında peşəkar karyerasını başa vurub.
Son xəbərlər
06:22
NATO-nun Baş katibi Trampla Qrenlandiya və Arktikanı müzakirə edib
Digər ölkələr05:52
London Kiyevi fəlakətlə üzləşəcəyi ilə bağlı xəbərdar edib
Digər05:15
Almaniya ABŞ hərbi bazalarının icarə haqqını kəskin şəkildə artıra bilər
Digər ölkələr04:33
Venesuela neft və qaz sənayesini gücləndirməyi planlaşdırır
Digər ölkələr04:14
YPG/SDQ ləğv edilmədiyini bəyan edib
Digər ölkələr03:36
İspaniyada vaqonların relslərdən çıxması nəticəsində ölənlərin sayı ikiqat artıb - Yenilənib
Digər ölkələr03:32
Portuqaliyada 40 ildən sonra ilk dəfə prezident seçkilərinin ikinci turu keçiriləcək - Yenilənib-2
Digər ölkələr02:30
Antonio Koşta Qrenlandiya ilə bağlı fövqəladə iclas çağırıb
Digər ölkələr02:06