Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb

Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb
Futbol
24 Noyabr , 2021 09:23
Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Ukraynada Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.

Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngilltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb.

Son xəbərlər

Orphus sistemi