Renat Dadaşov: Hədəfimiz Türkiyə Superliqasına vəsiqə qazanmaqdır
Futbol
- 15 avqust, 2024
- 05:13
Hədəfimiz yenidən Superliqaya vəsiqə qazanmaqdır.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
25 yaşlı hücumçu komanda yoldaşları ilə birlikdə bu məqsəd üçün mübarizə aparacaqlarını bildirib: "Şanlıurfaspor"la ilk turun matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi "Ərzurumspor"a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Forvard 1-ci Liqa təmsilçisinə keçidi barədə də danışıb: "Ankaragücü" böyük klubdur. Şəhər də çox gözəldir. Bütün bunlar buraya gəlməyimə səbəb oldu".
Qeyd edək ki, Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Son xəbərlər
21:56
Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət alıb
Hadisə21:51
Foto
Video
Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub
Daxili siyasət21:46
Antonio Quterreş Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada ilə görüşüb
Digər ölkələr21:37
ABŞ dünya bazarında Venesuela neftinin satışına başlayıb
Digər ölkələr21:36
Norveçli futbolçu "Beşiktaş"dan ayrılıb
Futbol21:14
Foto
ACF tərəfindən ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək tatami təhvil verilib
Fərdi21:10
İranda polisə hücum nəticəsində iki nəfər ölüb, daha 30 insan yaralanıb
Region21:08
Moskva ABŞ-ni "Marinera" gəmisindəki rusiyalıların qaytarılmasını təmin etməyə çağırıb
Region20:48