Renat Dadaşov "Birmingem Siti"yə keçməkdən imtina edib

Renat Dadaşov "Birmingem Siti"yə keçməkdən imtina edib İngiltərənin Vulverhempton komandasının futbolçusu Renat Dadaşov Birmingem Sitiyə keçməkdən imtina edib.
Futbol
1 Fevral , 2020 11:42
Renat Dadaşov Birmingem Sitiyə keçməkdən imtina edib

İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Renat Dadaşov "Birmingem Siti"yə keçməkdən imtina edib.

"Report"un "Sky Sports"a istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu bu addımı klublar arasındakı icarə anlaşmasına rəğmən atıb.

Dadaşov "canavarlar"la 2019-cu ilin yayında müqavilə bağlasa da, hələ Premyer Liqa matçlarında meydana çıxa bilməyib. O, mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" komandasında keçirib. "Birmingem Siti" daha əvvəl "Vulverhempton"dan Pep Kloteti ala bilməyib. Bununla da Çempionşip təmsilçisi heyəti gücləndirməyi qış transfer pəncərəsinin son günlərinə saxladığı üçün azarkeşlərin tənqidləri ilə qarşılaşıb.

Qeyd edək ki, Renat Dadaşov yanvarın 29-da "Vulverhempton"un U-23 komandasının heyətində "Liverpul"la Beynəlxalq Premyer Liqa Kuboku görüşünün 47-ci dəqiqəsində qol vurub. Həmin matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Birmingem Siti" Çempionşipdə 29 turdan sonra 34 xalla 24 komanda arasında 18-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi