"Real" Niderland klubunun 19 yaşlı müdafiəçisini heyətinə qatmağı planlaşdırır
Futbol
- 10 may, 2025
- 11:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubu "Ayaks"ın (Niderland) 19 yaşlı müdafiəçisi Yorrel Hatonu transfer etmək istəyir.
"Report" "Relevo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi universallığı ilə seçilən futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.
O, komandadan ayrılacağı gözlənilən 32 yaşlı David Alabanın əvəzləyicisi kimi görülür. Müdafiəçi İspaniya klubunun ona marağından xəbərdar olsa da, hazırda bütün diqqətini "Ayaks"a yönəldib.
Qeyd edək ki, Y.Hato cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 47 oyunda 3 qola və 6 məhsuldar ötürməyə imza atıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.
Son xəbərlər
01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
Region
01:30
Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Xarici siyasət
01:15
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Digər ölkələr
00:39
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
Digər ölkələr
00:18
SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib
Region
23:56
WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər
Digər ölkələr
23:40
"Generali" sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək
Digər ölkələr
23:31
Foto
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Xarici siyasət
23:24
ABŞ-də Hanter Baydenin işi üzrə FTB-nin keçmiş iki yüksək vəzifəli əməkdaşı həbs edilib
Digər ölkələr