Futbol üzrə İspaniya çempionatının XXVII turu çərçivəsində “Real” səfərdə “Valensiya” ilə heç-heçə edib.
"Report"un məlumatına görə, Valensiyadakı "Mestalya" stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin qollarını Uqo Duro (27-ci dəqiqə) və Roman Yaremçuk (30-cu dəqiqə) vurublar. “Real”ın heyətində Vinisius Junior dubla imza atıb (45+5, 76).
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem əlavə vaxtda qol vursa da, hakim Xesus Xil Mansano bir neçə dəqiqə əvvəl final fitini çalıb və qolun hesaba alınmasına icazə verməyib. Hakimin qərarı ilə razılaşmayan ingilis yarımmüdafiəçi birbaşa qırmızı vərəqə alıb. Qonaqların müdafiəçisi Antonio Rudiger də mübahisəyə görə qırmızı vərəqə alıb.
“Real” 26 oyunda 65 xal toplayıb, və turnir cədvəlində birincidir. "Valensiya" 25 oyundan sonra 36 xalla 9-cu yerdə qərarlaşıb.