“Real Madrid” öz meydanında məğlub oldu

“Real Madrid” öz meydanında məğlub oldu İspaniya Kubokunun 1/4 final mərhələsində “Real Madrid” “Real Sosyedad”ı qəbul edib və mövsümdə ilk dəfə ev oyununda uduzub.
Futbol
7 Fevral , 2020 00:39
“Real Madrid”  öz meydanında məğlub oldu

İspaniya Kubokunun 1/4 final mərhələsində “Real Madrid” “Real Sosyedad”ı qəbul edib və mövsümdə ilk dəfə ev oyununda uduzub.

“Report” xəbər verir ki, qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib və meydan sahiblərinin məğlubiyyətilə başa çatıb - 3:4.

“Real Sosyedad”dan Martin Edeqor, Aleksandr İsak (Dubl) və Mikel Merino fərqlənib.

“Real Madrid” klubunda isə 18 yaşlı hücumçu Rodriqo, müdafiəçi Marselo və Naço rəqib qapıya yol tapa bilib. Bununla da “Real Sosyedad” İspaniya Kubokunun 1/2 final mərhələsinə adlayıb. 

1/4 finalın digər görüşündə "Atletik" "Barselona"nı qəbul edəcək. Bu oyundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək. Final matçı aprelin 18-də Sevilyada olacaq.

Qeyd edək ki, bu oyunadək “Real Madrid” La Liqa, ölkə kuboku və Çempionlar Liqasında heç vaxt öz meydanında məğlub olmayıb. Madrid komandası Fransada PSJ və İspaniyada "Malyorka"ya uduzub.

Son xəbərlər

Orphus sistemi