“Real” “Leqanes”i darmadağın edib və “Barselona” ilə xal fərqini azaldıb
Futbol
- 24 noyabr, 2024
- 20:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Real” İspaniya La Liqasının XIV turunda səfərdə “Leqanes”i darmadağın edib və “Barselona” ilə aradakı xal fərqini azaldıb.
“Report” xəbər verir ki, Leqanesdəki “Munisipal de Butarke” stadionunda keçirilən qarşılaşmanı Xavyer Alberola Roxas idarə edib.
43-cü dəqiqədə “Real”ın hücumçusu Kilian Mbappe hesabı açıb. 66-cı dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “Kral klubu”nun üstünlüyünü artırıb. Oyunda son nəticəni 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem müəyyənləşdirib – 3:0.
13 oyundan sonra “Real” La Liqanın turnir cədvəlində 30 xalla ikincidir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. Zirvədə 34 xalla Kataloniya təmsilçisi “Barselona” qərarlaşıb.
Son xəbərlər
13:04
AMEA-nın strukturunda dəyişiklik edilib
Elm və təhsil
13:01
Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşıb
Sosial müdafiə
13:00
Sabah hava limanı istiqamətində yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Hadisə
12:56
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyunu üçün 60 mindən çox bilet satılıb
Futbol
12:52
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Maliyyə
12:49
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünyada 38-ci mövqeyə yüksəlib
İKT
12:48
Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq
Ekologiya
12:48
Foto
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemində istifadəçilərin sayı 15 minə yaxınlaşıb
Maliyyə
12:46
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Media