"Real" klubunun futbolçusu 2 oyunluq cəzalandırılıb
Futbol
- 06 mart, 2024
- 12:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 2 oyunluq cəzalandırılıb.
"Report" İspaniya Futbol Federasiyasına istinadən xəbər verir ki, buna onun La Liqanın 27-ci turunda "Valensiya" ilə matçda qırmızı vərəqə alması səbəb olub.
20 yaşlı oyunçu həmin görüşdə baş hakim Gil Manzanonun final fitindən dərhal sonra vurduğu qolu saymadığı üçün ona qarşı kobud ifadələr işlədib. Referi bu hərəkətinə görə Bellinqemə qırmızı vərəqə göstərib.
İngiltərəli futbolçu La Liqanın "Selta" və "Osasuna" klublarına qarşı növbəti iki turunun oyunlarını buraxacaq.
Qeyd edək ki, "Real" son turda səfərdə "Valensiya" ilə heç-heçə (2:2) edib.
Son xəbərlər
22:08
Mixail Malkin: Gələcəkdə qızıl medal qazanacağımıza inanırıq
Fərdi
22:04
SEPAH Hörmüzdə neft tankerlərinin partlayışına görə ABŞ-ni günahlandırıb
Region
21:59
Tofiq Əliyev: Gələcəkdə dünya çempionatında qızıl medal qazanacağam
Fərdi
21:56
"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
Komanda
21:44
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
Digər ölkələr
21:42
Selcan Mahsudova: Yeni tarixə imza atdığımız üçün sevinirəm
Fərdi
21:34
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
Digər ölkələr
21:25
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
Digər ölkələr
21:17
Muxtar Babayev: Sərfəli elektrik enerjisinə çıxış imkanları müzakirə olunub
Energetika