Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu "Trabzonspor"un məşqində iştirak edib - VİDEO

Futbol
  • 27 iyun, 2018
  • 05:56
Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu Trabzonsporun məşqində iştirak edib - VİDEO

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu Türkiyənin "Trabzonspor" klubuna qayıdıb.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu "zoğalı-mavilər"in 2018-2019 mövsümü üçün ilk məşqində iştirak edib. Mehmet Ali Yılmaz bazasında təşkil olunmuş məşq mətbuat üçün açıq olub. Çalışmalarda ümumilikdə 20 futbolçu iştirak edib. Baş məşqçi Ünal Karamanın rəhbərliyi altında keçirilən hazırlıq prosesini azarkeşlər də izləyib. 

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi bildirilir. 

Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu "Trabzonspor"un məşqində iştirak edib - VİDEO

44 filmi