Rusiyanın gənclərdən ibarət yığma komandasının məşqçisi Nikolay Koçeşkov 2013-cü ildə Avropa çempionu olan U-17 komandasındakı oyunçuların hazırkı durumundan danışıb.
"Report"un məlumatına görə, "Biznes Online"a müsahibə verən mütəxəssis Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev və Moskva "Spartak"ında çıxış edən Ayaz Quliyev barədə də fikirlərini bölüşüb.
Jurnalist Koçeşkova Aleksandr Qolovin və Dmitri Barinovun hazırda yüksək səviyyədə çıxış etdiyini deyib, lakin məşqçi digər oyunçuları da siyahıya əlavə edib: "Burada Rifat Cəmaləddinov, Ayaz Quliyev və Anton Mitryuşkin də var. Ramil Şeydayev indi "Dinamo"da oynayır. Komandamızın ən çox qol vuran oyunçusu idi. Həqiqətən 5 il bu komandadan istifadə etdik. Onlarla ildə 5-6 dəfə görüşürük".
Koçeşkov xaricdəki gənc oyunçuların Rusiyadakı gənclərdən keyfiyyətli təlimə görə fərqləndiklərini də vurğulayıb.
Qeyd edək ki, Rusiyanın U-17 komandası 2013-cü ildə Avropa çempionu olub. Həmin komandanın heyətində hazırda Moskva "Dinamo"su və Azərbaycan yığmasında çıxış edən Ramiş Şeydayev də yer alıb.