Ramil Şeydayev Slovakiya çempionatında növbəti qolunu vurub

Futbol
  • 06 may, 2017
  • 19:05
Ramil Şeydayev Slovakiya çempionatında növbəti qolunu vurub
Courtesy İmage

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Jilina" klubunun heyətində Slovakiya çempionatında növbəti qolunu vurub. 

"Report"un məlumatına görə, bu, XXX turda səfərdə "Mixalovtse" ilə görüşə təsadüf edib. Oyuna 74-cü dəqiqədə daxil olan Şeydayev bundan 10 dəqiqə sonra fərqlənib. 21 yaşlı forvard qapıçıdan qayıdan topu tora göndərib.

Qeyd edək ki, bu, Ramil Şeydayevin "Jilina"da 3-cü qolu olub. Hazırda onun komandası 27 oyundan 64 xalla 1-ci pillədədir və çempionluğu erkən təmin edib.  

44 filmi