Qurban Qurbanov: "Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm"

Qurban Qurbanov: "Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm" Bakı. 24 oktyabr. REPORT.AZ/ Vacib oyuna çıxacağımızı hamımız bilirik. Hər iki komandanın xalı yoxdur. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandanı hazırlamışıq. Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm.
Futbol
24 Oktyabr , 2018 14:20
Qurban Qurbanov: Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm
Report/ Firi Salim

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Vacib oyuna çıxacağımızı hamımız bilirik. Hər iki komandanın xalı yoxdur. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandanı hazırlamışıq. Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm". 

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla" ilə keçirəcəkləri oyundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Kompleksində təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

Texniki məğlubiyyətdən sonra psixoloji durum necədir?

- Hər şey qaydasındadır. Azərbaycan Premyer Liqası ilə Avropa Liqası fərqli turnirlərdir. Səhvlər olur. Onu aradan qaldırmaq üçün nə lazımdırsa, edirik.

- Donald Gerryenin hazırkı durumu necədir?

- Durumu tam yaxşı olmasa da, onun sabahkı matçda oynamaq ehtimalı var.

- Hannes Halldorssonu start heyətdə görə biləcəyikmi?

- Buna sabah qərar verəcəyik.

- "Qarabağ" "Vorskla"nın qapısına qol vurmağın yolunu tapıbmı?

- Hələ oynamamışıq. Problem təkcə hücumla bağlı deyil. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Bunun üçün çalışacağıq.

- Rəqib Avropa Liqasının qrupunda keçirdiyi hər iki oyunda qol vurub...

- "Vorskla" qol vurmağı bacaran komandadır. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Bunların üzərində işləmişik.

- Bilet satışı elə də yaxşı deyil. Bu, sizi narahat edirmi?

- Azarkeşlər hər zaman bizimlə olublar. Onların yenə də öz yerlərini alacaqlarına inanıram. 

Son xəbərlər

Orphus sistemi