"Vorskla" "Qarabağ"la oyun üçün Bakıya 22 futbolçu gətirib - SİYAHI

"Vorskla" "Qarabağ"la oyun üçün Bakıya 22 futbolçu gətirib - SİYAHI 5 oyunçu Poltavada saxlanılıb
Futbol
24 Oktyabr , 2018 13:14
Vorskla Qarabağla oyun üçün Bakıya 22  futbolçu gətirib - SİYAHI

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukraynanın “Vorskla” komandasının UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər oyunu üçün Bakıya gətirdiyi heyət açıqlanıb.

“Report” xəbər verir ki, baş məşqçi Vasili Saçko siyahıya ümumilikdə 22 futbolçu - 2 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib.

Heyətdə zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin yer almayıb. Həmçinin, İbrahim Kane və Dmitri Kravçenko səfərə götürülməyib. Əvəzində, Taras Sakiv daha əvvəl açıqlanan heyətə əlavə olunub.

Qapıçılar: 1. Boqdan Şust, 21. Aleksandr Tkaçenko

Müdafiəçilər: 33. Aleksandr Çijov, 44. Ardin Dallku (Kosovo), 25. Yevgeni Martınenko, 3. Andro Giorqadze (Gürcüstan), 5. Najip Yakubu (Qana), 23. Vadim Sapay, 4. İqor Perduta, 66. Artur Serjio Batista de Souza (Braziliya), 40. Taras Sakiv

Yarımmüdafiəçilər: 6. Aleksandr Sklyar, 11. Vyaçeslav Şarpar, 8. Artyom Qabelok, Pavlo Rebyonok, 13. Maryan Mısık, 19. Volodimir Odaryuk, 17. Vladimir Çesnakov

Hücumçular: 10. Vladislav Kulaç, 26. Yuri Kolomoyets, 9. Mixail Sergeyçuk, 14. Nikolas Mores da Kruz (Braziliya)

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun saat 20:55-də başlayacaq. "Vorskla" Bakıya bu gün səhər saatlarında çarter reysi ilə yola düşüb.

Son xəbərlər

Orphus sistemi