UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”a qarşı oyun “Qarabağ”ın baş məşqçisi
“Report” xəbər verir ki, 47 yaşlı mütəxəssis Ağdam təmsilçisinin sükanı arxasında 100-cü avrokubok matçına çıxacaq. Onun rəhbərlik etdiyi kollektiv indiyədək 39 qələbə qazanıb, 27 dəfə heç-heçə edib və 33 görüşdə uduzub.
Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Qurbanov “Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya “Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).
Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq "Düdelanj" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.