Qətər yığması futbol üzrə Asiya Kubokunun qalibi olub
Futbol
- 10 fevral, 2024
- 17:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Asiya Kubokunun finalında İordaniya və Qətər yığmaları üz-üzə gəliblər.
“Report” xəbər verir ki, gərgin qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib. Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.
Xatırladaq ki, Qətər yığması 2019-cu ildə də BƏƏ-də keçirilən turnirdə Asiya Kubokunu qazanmışdı.
Son xəbərlər
17:24
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
İnfrastruktur
17:15
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
Region
17:15
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Maliyyə
17:12
Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır
Maliyyə
16:55
Azərbaycan Premyer Liqası: IX turun açılış oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol
16:54
Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Digər ölkələr
16:53
Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb
Maliyyə
16:53
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Maliyyə
16:50
Foto
AMB CAREC çərçivəsində lokal valyutalarda istiqraz bazarını müzakirə edib
Maliyyə