"Qəbələ" - "Xəzər Lənkəran" matçında insident baş verib
Futbol
- 27 fevral, 2016
- 15:21
Bakı. 27 fevral. REPORT.AZ/ "Qəbələ" və "Xəzər Lənkəran" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXIII tur matçında insident baş verib. "Report"un məlumatına görə, hadisə uzatma dəqiqələrində yaşanıb.
Hava mübarizəsi zamanı qonaq komandanın qapıçısı Orxan Sadıqlı başını tutaraq yerə yıxılıb. Bu zaman "Qəbələ"nin futbolçuları Sadıqlıya vaxtı uzatdığı üçün etirazlarını bildiriblər. Ayağa qalxan qapıçı isə Asif Məmmədovla mübahisəyə başlayıb. Onları komanda yoldaşları və hakimlər ayırıb.
Yerli azarkeşlər də Sadıqlının simulyasiyasını əsəbi qarşılayıblar. Hətta onlardan bir neçəsi qapı arxasındakı tribunadan içəri daxil olmaq istəyib. Fanatların qarşısını polislər alıb.
Qeyd edək ki, görüş qolsuz tamamlanıb - 0:0.
Son xəbərlər
00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
Futbol00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55
"Lufthansa" aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
İnfrastruktur23:50
Amerikalı müğənni Dolli Parton vəfat edib
Şou-biznes23:42