"Qəbələ"nin prezidenti: "Növbəti mövsümlə bağlı çətinliklərimiz var" - MÜSAHİBƏ

"Qəbələ"nin prezidenti: "Növbəti mövsümlə bağlı çətinliklərimiz var" - MÜSAHİBƏ "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfovun "Report"a müsahibəsi
Futbol
119
13 May , 2022 11:41
Qəbələnin prezidenti: Növbəti mövsümlə bağlı çətinliklərimiz var - MÜSAHİBƏ

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfovun "Report"a müsahibəsi

- UEFA Konfrans Liqasına vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
- Hələ şansımız var. Deməli, mübarizə aparmaq lazımdır. Bu, birmənalıdır. Çətin olacaq. Görünən budur ki, əsas rəqibimiz "Sabah"dır və son oyunumuz da evdə bu komanda ilədir. Hesab edirəm ki, hər şey bu oyundan asılı olacaq. Maksimum çalışacağıq ki, əlimizdən gələni edək.

- Komandanızdakı eniş nə ilə əlaqədar idi?
- Heyətimiz kasaddır. Fikrimcə, oyunçulardan bəzilərinin həmin ərəfədə zədələnmələri, qırmızı vərəqə almaları, sarı vərəqə limitini doldurmaları ilə əlaqədar sabitlik çatışmırdı. Belə hallar hər bir komandada olur. Nəticədə vacib xallar itirdik. Sizinlə razıyam. Amma futbol həm də ona görə maraqlıdır ki, eniş halları da olur. Qarşıdakı iki oyunda şansımızdan yararlanmağa səy göstərəcəyik.

- "Qəbələ"yə AFFA da dəstək olurdu. Hazırda maliyyə baxımından hər hansı çətinliyiniz var?
- Xeyr. Ödənişlər təsdiqlənmiş büdcə üzrə edilir. Sözsüz ki, gecikmələrin olması normaldır, hər yerdə belə hallara rast gəlinir. Hazırda büdcə üzrə gecikmələrimiz yoxdur və hər şey qaydasında davam edir. Növbəti mövsümlə bağlı müəyyən çətinliklər var, gözləyirik. İnanıram ki, hər şey qaydasında olacaq.

- Konfrans Liqasına vəsiqə qazansanız, təlim-məşq toplanışına daha tez başlamalı olacaqsınız. Qarşıdakı mövsümlə bağlı planlarınız hazırdır?
- Peşəkarlıqdan kənar olsa da, hələlik bu məsələ ilə tam məşğul ola bilmirik. Müəyyən səbəblər var. Son oyunumuzun ardından bu barədə danışacağıq.

- Kluba yeni sponsorun cəlb olunacağı gözlənilir?
- İnanın ki, sponsor məsələsi üzərində hər gün, hər an fikirləşirik. Komandanın fəaliyyət göstərməsi üçün sponsorlar olmalıdır. Bu, qaçılmazdır, birmənalıdır. Lakin real ad yoxdur ki, açıqlayım.

Son xəbərlər

Orphus sistemi