"Qəbələ"nin "Maribor"la ilk oyununun yeri dəyişdirilib
Futbol
- 05 avqust, 2016
- 12:22
Bakı. 5 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasında baş tutacaq ilk oyunun yeri dəyişdirilib.
Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, UEFA müvafiq qərarını günün sonuna qədər rəsmən açıqlayacaq.
Püşkə əsasən, ilk matçın Sloveniyada keçirilməsi nəzərdə tutulsa da, daha sonra oyun Bakıya salınıb. Buna səbəb Azərbaycanın Avroliqadakı digər təmsilçisi "Qarabağ"ın da həmin gün səfərdə oynamasıdır.
"Qəbələ" və "Qarabağ" ev oyunlarını Bakıda keçirir. UEFA-nın reqlamentinə əsasən, eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.
Qeyd edək ki, ilk görüşlər avqustun 18-də, cavab oyunları isə bir həftə sonra olacaq.
Son xəbərlər
23:17
Zelenski: Rusiya energetika obyektlərinə kütləvi zərbələr endirib
Digər ölkələr23:06
Britaniyanın Dövlət Mülki Xidmətinin rəhbəri istefa verib
Digər ölkələr23:00
Con Hili: Müttəfiqlər Ukraynaya 35 milyard dollarlıq hərbi yardım göstərməyə razılaşıblar
Digər ölkələr22:49
Niderland klubu Rahim Sterlinqi transfer etdiyini açıqlayıb
Futbol22:39
Rütte: ABŞ Ukraynaya azı 12-15 milyard dollarlıq silah tədarük edəcək
Digər ölkələr22:33
Rusiya beş ukraynalı uşağı ölkələrinə qaytaracaq
Region22:25
Netanyahu: Tramp İranla bağlı fikrimi eşitmək istəyirdi
Digər ölkələr22:20
Ayxan Abbasov: "Əsas məqsədimiz C Liqasına qayıtmaqdır"
Futbol22:16