"Qəbələ"nin legioneri: "Avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq"

"Qəbələ"nin legioneri: "Avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq" "Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq".
Futbol
24 Mart , 2022 09:07
Qəbələnin legioneri: Avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq

"Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun braziliyalı futbolçusu Rafael Utriq ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.

25 yaşlı hücumçu artıq mövsümün sonuna yaxınlaşdıqlarını bildirib: "Bu səbəbdən üzərimizdə daha çox işləməyə davam etməliyik. Komanda beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq".

Utriq ölkə kubokunun yarımfinalında "Qarabağ"a qarşı iki çətin matçın olacağını söyləyib: "İstər Azərbaycan Kuboku, istərsə də Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə uğrunda əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da olacaq. "Qırmızı-qaralar" Premyer Liqada 20 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi