"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik" "Riskli oyun olmalı idi. Çünki biz 0:3 hesabı ilə məğlub olduğumuz ilk matçdan sonra dönüş yaratmaq istəyirdik".
Futbol
4 Oktyabr , 2022 20:06
Qəbələnin baş məşqçisi: Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik

"Riskli oyun olmalı idi. Çünki biz 0:3 hesabı ilə məğlub olduğumuz ilk matçdan sonra dönüş yaratmaq istəyirdik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Zaur Hacıyev evdə Xorvatiya "Hayduk"una 1:2 hesabı ilə uduzduqları UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, ilk dəqiqələrdən daha çox hücumlara atılmaq, qol vurmaq lazım idi: "Bu, oyunun əvvəlində reallaşmasa da, qarşılaşmanın gedişində üstünlüyü ələ aldıq. Komandadan razıyam. Verilən tapşırıqları yerinə yetirdilər. Amma bir top fərqi ilə öndə olanda iki qol buraxmağımız sevindirici hal deyil".

O, futbolun səhvlər oyunu olduğunu söyləyib: "Fərdi səhvlərdən qollar buraxdıq. Amma komanda olaraq yaxşı mübarizə apardıq. İnanıram ki, bu kollektivdə gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var. Bu da sevindirici haldır”.

Son xəbərlər

Orphus sistemi