"Qarabağ" - "Viktoriya" oyununa biletlərin əksəriyyəti satılıb

"Qarabağ" - "Viktoriya" oyununa biletlərin əksəriyyəti satılıb "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq
Futbol
14 Avqust , 2022 16:08
Qarabağ - Viktoriya oyununa biletlərin əksəriyyəti satılıb

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem aradan qaldırılıb. 

"Report"un məlumatına görə, daha sonra qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb. 

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

12:43

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranıb.

"Report"un məlumatına görə, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.

Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi