"Qarabağ" və "Neftçi" komandalarının oyununda VAR sistemi sınaqdan keçirilib

Futbol
  • 27 aprel, 2022
  • 10:03
Qarabağ və Neftçi komandalarının oyununda VAR sistemi sınaqdan keçirilib

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi növbəti dəfə sınaqdan keçirilib.

"Report"un məlumatına görə, sınaq testi “Qarabağ” və “Neftçi”nin U-17 komandalarının yoldaşlıq oyununda baş tutub.

“Azersun Arena”dakı qarşılaşmanı Rəvan Həmzəzadə idarə edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan U-17 – “Şamaxı” U-19 matçında VAR sistemindən istifadə olunub.