"Qarabağ" Şotlandiya millisinin qapıçısına 2 illik müqavilə təklif edib

Futbol
  • 22 iyun, 2018
  • 06:54
Qarabağ Şotlandiya millisinin qapıçısına 2 illik müqavilə təklif edib

Bakı. 22 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun maraq dairəsində olan daha bir qapıçının adı müəyyənləşib.

"Report"un "Daily Express"ə istinadən verdiyi məlumata görə, bu, şotlandiyalı Con Maklaflindir. 31 yaşlı qolkiperə 2 illik müqavilə təklif olunub. Azərbaycan təmsilçisinin irəli sürdüyü şərtlərin əlverişli olduğu bildirilir.

Maklaflinin son klubu ötən mövsüm 33 dəfə meydana çıxdığı "Harts" olub. O, əvvəllər İngiltərə klublarında, o cümlədən, "Bredford" və "Barton"da da çıxış edib. Təcrübəli oyunçu bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istədiyinə dair xəbərlər yayılıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti