Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəqiblərindən biri dəyişib.
Klubdan "Report"a verilən məlumata görə,
"Uypeşt" Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Qarabağ" bu gün ilk yoxlama oyununda Rumıniyanın "Botaşani" klubu ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi yanvarın 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Piast” və 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək.