"Qarabağ" klubunun Antalyada yoxlama oyunlarında qarşılaşacağı bütün rəqiblər müəyyənləşib
- 29 dekabr, 2018
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 dekabr. REPORT.AZ/ "Qarabağ" futbol komandasının Türkiyədəki təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama matçlarının siyahısı açıqlanıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırlıq prosesinə yanvarın 6-da Antalyada start verəcək. 21 günlük toplanış müddətində 5 oyun nəzərdə tutulub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, yanvarın 23-də Polşanın “Piast” və yanvarın 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.
Yanvarın 27-də Bakıya dönəcək "Qarabağ" fevralın 3-də “Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına hazırlığa başlayacaq.