“Qarabağ” Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almayıb
Futbol
- 24 yanvar, 2024
- 12:12
“Qarabağ” futbolçusu Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almayıb.
“Report” xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov “Sport-Express” nəşrinə açıqlamasında deyib.
Klub rəsmisi bildirib ki, 24 yaşlı kabo-verdeli yarımmüdafiəçi üçün Rusiyanın “Rubin” və “Krasnodar” komandalarından onlara müraciət olmayıb: “Heç kim bizə Leandronu almaqla bağlı müraciət etməyib. Başqa klubların hansısa futbolçumuzu izləməsi normaldı. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludular. Çünki onun “Qarabağ”la müqaviləsi var”.
Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 10 qol vurub, 9 məhsuldar ötürmə verib.
Son xəbərlər
09:07
"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib
Futbol09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.02.2026)
Maliyyə08:58
KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək
Digər ölkələr08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.02.2026)
Maliyyə08:46
Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb
Hadisə08:29
Samoa sahillərində 5,7 maqnitudada zəlzələ baş verib
Digər ölkələr08:15
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:02
ABŞ Venesuelaya neft və qaz kəşfiyyatı texnologiyalarının tədarükünə icazə verib
Digər ölkələr07:35